İdman
Dünya çempionatında cüdoçularımız mübarizəyə başlayır
Oktyabrın 4-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.
Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.
Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final bloku isə saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq.
Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
































.png)

