Messi MLS-in ən çox maaş alan futbolçusudur - Beş oyunçu 10 milyon dollar həddini keçib
Bizi izləyin

İdman

Messi MLS-in ən çox maaş alan futbolçusudur - Beş oyunçu 10 milyon dollar həddini keçib

Messi MLS-in ən çox maaş alan futbolçusudur - Beş oyunçu 10 milyon dollar həddini keçib

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ABŞ-ın Major League Soccer (MLS) çempionatında ən yüksək maaş alan futbolçu statusunu qoruyub.

Publika.az xəbər verir ki, MLS Futbolçular Assosiasiyasının 2026-cı il üzrə açıqladığı son məlumatlara əsasən, Messinin zəmanətli illik qazancı 28,33 milyon dollara çatıb. Bu, onun ötən il açıqlanan 20,45 milyon dollarlıq maaşı ilə müqayisədə ciddi artımdır.

Messinin reklam və kommersiya müqavilələri də nəzərə alındıqda, ümumi illik gəlirinin 80 milyon dollara yaxın olduğu təxmin edilir.

MLS-də yüksək maaş alan futbolçuların sayı da artıb. Belə ki, liqada artıq beş oyunçunun zəmanətli illik qazancı 10 milyon dolları ötür.

Bu siyahıda Messidən sonra 19,51 milyon dollarla “Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski qərarlaşıb. “Orlando Siti”nin futbolçusu Antuan Qrizmann 13,94 milyon dollarla üçüncü, “Los-Anceles”in hücumçusu Son Hın Min 11,25 milyon dollarla dördüncü, “Atlanta Yunayted”in üzvü Bril Embolo isə 10,81 milyon dollarla beşinci yerdədir.

Klubların əməkhaqqı xərclərində də ciddi fərqlər var. “İnter Mayami” 59,37 milyon dollarlıq ümumi komanda büdcəsi ilə MLS-də ilk sıradadır. “Çikaqo Fayr” 41,29 milyon dollarla ikinci, “Atlanta Yunayted”, “Los-Anceles Qalaksi” və “Los-Anceles” isə 32 milyon dolları aşan xərclərlə sonrakı yerlərdə qərarlaşıblar.

Ümumilikdə, MLS-də futbolçuların orta zəmanətli illik maaşı 746 min 936 dollara yüksəlib. Bu, əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir. Liqada ən azı 1 milyon dollar qazanan futbolçuların sayı isə 150-yə çatıb.

Ən aşağı əməkhaqqı büdcəsinə malik klub “Filadelfiya Yunion”dur. Komandanın bu istiqamətdə xərcləri 12,64 milyon dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm