İdman
“Real”in sabiq ulduzundan Vinisiusa sərt sözlər: Komanda onsuz daha yaxşıdır
“Real Madrid”in sabiq futbolçusu Alvaro Benito Vinisius Juniorun komandadakı mövqeyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, onun sözlərini İspaniyanın “Sport” qəzeti yayıb.
Benito braziliyalı hücumçunun iştirak etmədiyi oyunlarda “Real Madrid”in daha yaxşı təsir bağışladığını bildirib. Onun fikrincə, komanda Vinisiusun olmadığı matçlarda daha sabit və müdafiə baxımından daha etibarlı təsir bağışlayıb.
“İstənilən fərziyyəni irəli sürə bilərik, amma reallıq budur ki, komanda Vinisiusun olmadığı oyunlarda onun iştirak etdiyi matçlarla müqayisədə daha yaxşı çıxış edib. Ən yaxşı oyunlarını, ən yüksək sabitliyi və müdafiə möhkəmliyini məhz onun yoxluğunda nümayiş etdirib”, – deyə o bildirib.
Bununla belə, Benito “Real Madrid”in braziliyalı futbolçudan imtina etməsinin düzgün qərar olacağı fikri ilə razılaşmayıb. O, Vinisiusun yenidən komandanın əsas liderlərindən birinə çevrilmək şansının olduğunu düşünür. Bunun üçün isə futbolçu müdafiə öhdəliklərinə daha ciddi yanaşmalıdır.
Benito baş məşqçi Joze Mourinyonun Vinisiusa münasibətdə oyunların səviyyəsindən asılı olaraq fərqli qərarlar verə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, La Liqanın əksər qarşılaşmalarında braziliyalı futbolçunun start heyətində yer alması problem yaratmayacaq.
Lakin “Barselona” ilə oyunlarda və Çempionlar Liqasının həlledici mərhələlərində vəziyyət dəyişə bilər. Benito hesab edir ki, belə görüşlərdə Mourinyo fərdi maraqlardan çox komandanın ümumi mənafeyini əsas götürəcək. Vinisius müdafiə oyununu yaxşılaşdırmasa, əsas heyətdəki yerini itirə bilər.
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial20 Noyabr 14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman20 Noyabr 14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO










.jpg)



.jpg)




















.png)

