FIA əməkdaşlarına icazə verdi: Qorxursunuzsa, getməyin
Bizi izləyin

İdman

FIA əməkdaşlarına icazə verdi: Qorxursunuzsa, getməyin

FIA əməkdaşlarına icazə verdi: Qorxursunuzsa, getməyin

Beynəlxalq Avtomobil Federasiyası (FIA) özünü pis hiss edən və ya təhlükəsizliyi üçün qorxan işçilərinə Qətər və Əbu-Dabi Qran Prilərindən imtina etməyə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə “GPblog” məlumat yayıb.

Çempionatın final mərhələsinin üçqat raund şəklində keçirilməsi planlaşdırılır: Las Veqas Qran Prisindən sonra komandalar Qətərə, daha sonra isə Əbu-Dabiyə səfər edəcəklər.

Lakin, mart ayında ABŞ və İran arasında müharibənin başlamasından sonra Yaxın Şərqdə gərginləşən vəziyyət yarışların əvvəlcədən planlaşdırıldığı kimi keçirilməsinin mümkünlüyünü şübhə altına alıb.

Formula 1 Qətərə və Əbu-Dabiyə səyahəti təhlükəli hesab edərsə, İmola ehtiyat raund kimi nəzərdən keçirilir və dekabrın əvvəlində tək bir raundla mövsüm yekunlaşa bilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm