“Real” o mübarizəni qazanmağa yaxındır: Əli Barat bazada göründü
Bizi izləyin

İdman

“Real” o mübarizəni qazanmağa yaxındır: Əli Barat bazada göründü

“Real” o mübarizəni qazanmağa yaxındır: Əli Barat bazada göründü

“Real Madrid” istedadlı futbolçu uğrunda mübarizəni qazanmağa yaxınlaşır.

Publika.az xəbər verir ki, 16 yaşlı Cey-Cey Qabriel ilə “Barselona”, “Bavariya”, PSJ və digər klublar maraqlanır, lakin görünür, o, “Real Madrid”ə gedir.

“El Chiringuito” nəşrinin verdiyi məlumata görə, Qabrielin agenti Əli Barat “Real”ın bazasında görünüb və müqavilənin yekunlaşdırılması üzərində işləyir. Son günlərdə danışıqlar aktiv şəkildə davam edir və hazırda son mərhələdədir.

Qabriel əvvəllər “Mançester Yunayted”in akademiyasında məşq edib. “Qırmızı şeytanlar” onu saxlaya bilməyib. Qabriel İngiltərənin bir neçə yaş qrupu üzrə gənclər komandalarını təmsil edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm