İdman
Bu günü ömrüm boyu xatırlayacağam: “Qarabağ”ın futbolçusundan təsirli paylaşım
"Qarabağ"ın oyunçusu Aleksey Kaşçuk Ukrayna millisinin formasını geyinməsinin onun üçün böyük şərəf olduğunu və milli komandadakı debütünün ömrünün sonuna qədər yaddaşında qalacağını bildirib.
Publika.az xəbər verir ki, Kaşuk bu barədə “İnstaqram” profilində paylaşım edib.
"Bunlar ömrüm boyu xatırlayacağım günlərdir. Ukrayna millisində debütüm. Bu formanı geyinib, bu çətin dövrdə ölkəmi təmsil etməkdən çox qürur duyuram. Dəstəyiniz və təbrikləriniz üçün hamınıza təşəkkür edirəm, hələ çox şey var. Həmişə birlikdə, Ukraynaya eşq olsun!", - deyə 26 yaşlı futbolçu yazıb.
Kaşuk Azərbaycan liqasından Ukrayna milli komandasında oynayan ilk oyunçu olub. O, "mavi-sarılar"ın 2026/27 Millətlər Liqasında noyabr ayında keçirdiyi hər iki oyunda iştirak edib. Şimali İrlandiyaya qarşı (debüt oyunu) 90 dəqiqə, Gürcüstana qarşı isə 26 dəqiqə meydanda olub.
Müəllif: Tural
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi
















.jpg)
.jpg)






















.png)