İdman
Rusiya futbola nə vaxt qayıda biləcək? - UEFA-dan açıqlama
Rusiya milli komandası 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak edəcək komandaların siyahısına daxil edilməyib.
Publika.az xəbər verir ki, bu barədə UEFA Rusiya milli komandası ilə bağlı vəziyyətlə bağlı suala cavab olaraq bildirb.
UEFA-nın mətbuat xidməti təşkilatın icra komitəsinin 2022-ci ilin fevral ayının sonlarında qəbul etdiyi qərara istinad edib. Məhz o zaman Rusiya Futbol İttifaqına (RFU) qarşı sanksiyalar tətbiq edilib.
UEFA Ukraynadakı vəziyyət həll edildikdən sonra Rusiya komandalarının rəsmi turnirlərə qayıdacağını açıqlayıb.
“Sport24” ün sitat gətirdiyi UEFA-nın cavabında deyilir: “Hər iki təşkilatın (UEFA və FİFA) prezidentləri ümid edirlər ki, Ukraynadakı vəziyyət ən qısa müddətdə xeyli yaxşılaşacaq və futbol yenidən insanlar arasında birlik və sülh alətinə çevriləcək”.
Avropa çempionatının seçmə mərhələsinin püşkatması dekabrın 6-da keçiriləcək.
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"
-
Nida Xəbər 10:15Simonyan bu tarixdə Azərbaycana gələcək - Rəsmən açıqlandı
-
Region10:10Ermənistanın neçə hərbçisi itkin düşüb? - Paşinyan Azərbaycana müraciət etdi




















.jpg)


















.png)