“Siti”də çatışmayan oyunçu kimdir? - “Yunayted”in əfsanəsi adını açıqladı
Bizi izləyin

İdman

“Siti”də çatışmayan oyunçu kimdir? - “Yunayted”in əfsanəsi adını açıqladı

“Siti”də çatışmayan oyunçu kimdir? - “Yunayted”in əfsanəsi adını açıqladı

“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin “Mançester Siti”nin bu mövsümdəki problemlərinin əsas səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, “The Touchline” Kinin sözlərini sitat gətirib:

“İnsanlar bunu qiymətləndirməzlər! Bəzən oyunçuların, yalnız onlar getdikdən sonra əsl qiymətini veirsən.

Rodri “Mançester Siti”də böyük rol oynayıb və İspaniya millisində də bunu davam etdirir. Məsələ təkcə topu nə qədər yaxşı idarə etməsi deyil, həm də yarımmüdafiədəki varlığı idi. O, “Siti” üçün inanılmaz dərəcədə vacib idi”.

Rodri 2019-cu ilin yayında “Atletiko Madrid”dən “Mançester Siti”yə keçib. İspan yarımmüdafiəçi 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb . Ötən yay yarımmüdafiəçi “Barselona” ilə müqavilə imzalayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm