İdman
Baş katib: "İdmançıların qanunsuz yaş dəyişdirməsi yolverilməzdir"
Mayın 19-dan etibarən "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, çempionatdan öncə Azərbaycanın bütün region və bölgələrində fəaliyyət göstərən klub və cəmiyyətlərin məşqçiləri və güləş hakimlərinin iştirak etdiyi ümumrespublika seminarı təşkil olunub.
Seminarı giriş sözü ilə açan AGF-nin baş katibi Əjdər Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma və idmançıların nizam-intizam qaydaları barədə məlumat verib. O, klubların beynəlxalq yarışlarda federasiyanın icazəsi olmadan iştirakının yolverilməz olduğunu bildirib. Baş katib ölkədə güləş idman növünün daha da inkişafı üçün bütün işlərin Dünya Güləş Birliyinin qaydalarına əsasən aparıldığını, bütün klub və cəmiyyətlərin də bu qaydalara əsasən işlərini qurmalı olduğunu deyib. O bildirib ki, idmançıların qanunsuz olaraq yaş dəyişdirməsinin qarşısı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq alınacaq:
"Qanunsuz yaş dəyişdirilməsi prosesi idmanda çox ciddi bir problemdir. Dünyanın bütün ölkələrində belə hallara rast gəlinir. Məhz buna görə Dünya Güləş Birliyi bu prosesin qarşısını almaq üçün bütün milli federasiyalar qarşısında tələb qoyub. Azərbaycan qanunvericiliyində də bu məsələ birmənalı olaraq qadağan edilib. İstənilən halda güləşçilərin yaş dəyişdirməsi yolverilməzdir və belə bir halla rastlaşacağımız təqdirdə bunun qarşısını qanun çərçivəsində alacağıq. Ona görə də, məşqçilərdən işlərini qanun çərçivəsində qurmaları xahiş və tələb olunur".
Daha sonra Türkiyədən dəvət olunmuş təlimçi-mütəxəssis, Dünya Güləş Birliyi elm departamentinin üzvü Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətlərindən danışıb.
Sonda fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?