Dünya
Türkiyə bu ölkəyə xəbərdarlıq etdi: Uğur qazanmaq şansınız yoxdur
Fransanın müəyyən ssenarilərə əsaslanan açıqlamaları gərginliyi artırır və regional sülhə və sabitliyə zərər vurma riski daşıyır.
Publika.az xəbər verir ki, bu, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, bəzi Avropa rəsmiləri tərəfindən Türkiyəni hədəf alan son açıqlamalar diqqətlə izlənilir:
"Türkiyənin regional rolu və Avropa təhlükəsizlik arxitekturasındakı mövqeyinə yönəlmuş açıqlamalar müttəfiqlik hüququ və həmrəylik prinsipləri ilə uyğun gəlmir. NATO üzvü Fransanın bu açıqlamaları gərginliyi artırır və regional sülhə və sabitliyə zərər vurma riskini yaradır. Sabitliyin təhlükədə olduğu hər vəziyyətdə, Türkiyənin yanında olanlar qalib gələcək, ona qarşı çıxanlar isə yox”.
Açıqlamada Fransa qoşunlarının Cənubi Kiprə yerləşdirilməsi məsələsinə də toxunulub:
"Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir və bölgəsində sülhün və sabitliyin qorunmasını prioritet hesab edir. Lakin bu yanaşma həm ölkəmizin, həm də KKTC-nin milli hüquq və mənafelərindən güzəştə gedəcəyimiz anlamına gəlmir. Kipr adasının təhlükəsizliyi və sabitliyi ilə bağlı tənzimləmələr beynəlxalq müqavilələrlə müəyyən edilir və Türkiyə qarant ölkələrdən biridir. Fransanın Cənubi Kiprə qoşun göndərməsi ilə bağlı açıqlamaların hansı konkret təhlükəsizlik ehtiyaclarına əsaslandığı hələ də məlum olmasa da, bu cür təşəbbüslər mövcud həssas tarazlığı pozmaq və gərginliyi artırmaq riskini daşıyır”.
Müəllif: Roza
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb











.jpg)



.png)
.jpg)














