İKT
“Azerspace-1” büdcəyə nə qədər xeyir verib?
“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları, “Azersky” peykinin kommersiya istismarında olduğu dövr ərzində 19 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
Publika.az-a xəbər verir ki, bununla bağlı “Azərkosmos” ASC-nin ilk peykin orbitə buraxılmasından bu vaxta qədər əldə olunan naliyyətləri ilə bağlı hesabatında bildirilib.
Məlumatda bildirilib ki, ilk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidəsi və “Azerspace-2” – telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin orbitə buraxılmasının beşinci ildönümüdür. 2013-cü ilin fevral ayının 7-də (Bakı vaxtı ilə 8 fevral) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodrumundan orbitə buraxılıb. Ölkədə geniş şaxələnmiş şəbəkəyə malik bir sıra dövlət qurumları arasında peyk rabitəsi “Azerspace-1” üzərindən təmin edilir. Yerüstü kabel şəbəkəsinin mövcud olmadığı ərazilərdə, məsələn, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilir.
Hazırda peyk üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra – 2018-ci ilin birinci yarısında “Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki – “Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
