İKT
BMT-nin Baş katibi: "Növbəti hücum elektrik şəbəkələrini iflic edəcək"
Son bir neçə il ərzində dünya ölkələri arasında rəsmi
dövlət orqanlarının məxfi məlumatlarına kiberhücumlar edilib.
Müşahidə edilən kibermüharibələrin qarşısını almaq üçün yeni
təkliflər irəli sürülüb.
Publika.az xəbər verir ki, kibermüharibələrin
dünya əhalisinin həyatına təsirini azaltmaq məqsədilə Lissabon
Universitetində çıxış edən BMT-nin Baş katibi Antonio Quterriş yeni
proqnozlar verib. O bildirib ki, növbəti kiberhücumlar elektrik
şəbəkələrini məhv edəcək:
"Bu günə qədər müşahidə etdiyimiz kiberhücumların elementlərini incələyərək görürük ki, növbəti müharibə hərbi potensialın məhvi və elektrik şəbəkələri kimi əsas infrastrukturun tamamilə iflic edilməsinə yönələcək".
Baş katib qeyd edib ki, indi dövlətlər arasında qeydə alınan kibermüharibə epizodları gələcək faciəli hadisələrin xəbərçisidir:
"Təklif edirəm ki, BMT-də informasiya texnologiyaları ilə bağlı hər hansı münaqişənin humanist yollarla həlli üçün xüsusi nizami qaydaların hazırlana biləcəyi platforma yaradılsın".
Könül Cəfərli
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA


































.jpg)
