İKT
"Ağıllı" işıqlandırıcı hazırlandı - - VİDEO
Barselonada keçirilən “MWC” sərgisində fotokameraların işini asanlaşdıracaq yeni qurğu təqdim edilib.
Publika.az xəbər verir ki, sərgidə iştirak edən
“Canon” şirkəti süni intellekt texnologiyalarının tətbiqi ilə
peşəkar fotoqrafların işini sadələşdirəcək və xüsusilə
çıxarılabilən “ağıllı” işıqlandırıcı qurğunu təqdim edib.
"Ağıllı" işıqlandırıcı “470EX-AI” modeli olaraq təqdim edilib. O,
xarici görünüşünə görə digər çıxarılabilən “Canon” işıqlandırıcı
modellərindən fərqlənmir. Bütün texniki xüsusiyyətlər qurğunun
daxilində yerləşdirilib. Çəkiliş zamanı işıqlandırıcı intellektual
rejimdə avtomatik olaraq çəkiliş obyektinə və tavanadək olan
məsafəni müəyyənləşdirir və ən yaxşı vəziyyəti hesablayır,
quraşdırılmış ötürücülər isə onu seçilən nöqtəyə yönəldir. Nəticədə
fotoqraf kifayət qədər işıqlandırma sayəsində hətta kölgəsiz
şəkillər əldə edə bilir.
Bundan başqa, qurğu fotoqrafaın işini asanlaşdırmaq üçün çəkiliş zamanı yarımavtomat rejimdə də ola bilir. Bu qurğunun ilkin olaraq qiyməti 400 dollar təşkil edir. "Canon Speedlite 470EX-AI” işıqlandırıcısının aprel ayında dünya bazarına satışa çıxarılacağı planlaşdırılır.
Könül Cəfərli
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
