İKT
“Peyk dövləti olmaq şərəfdir” - Sabiq rabitə naziri ŞƏRH ETDİ
“Orbitə peyk buraxmaqla Azərbaycan peyk rabitəsi olan ölkələr sırasına qoşulur. Bununla da Azərbaycan beynəlxalq aləmdə rabitə və telekommunikasiya sahəsində aparıcı ölkələrlə nüfuzunu möhkəmləndirmiş olur”.
Bu sözləri Publika.az-a açıqlamasında sabiq rabitə naziri Siruz Abbasbəyli “Azərspace 2”nin orbitə buraxılmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, növbəti peykini orbitə buraxan Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırır:
“Azərbaycanın yerli telekanallarla yanaşı, xarici ölkələrin telekanallarını da peyk vasitəsilə yayımlayır. 1994-96-cı illərdə "Türksat", "İntersat" kimi xarici ölkələrin peyklərindən istifadə edirdik. Bu gün isə onların heç birinə ehtiyacımız yoxdur.
Düzdür, peyklərin saxlanılması böyük xərc tələb edir. Lakin buna baxmayaraq peyklərdən əldə olunan gəlir çəkilən xərclərdən çox olur. Dövlət pulunu havaya sovurmaz. Birinci peyk orbitə buraxılanda abunəçilərin olmayacağına dair fikirlər səsləndirilirdi. Lakin zamanla həmin proqnozların əksi baş verdi. Həm peyk özünü doğrultdu, həm öz, həm də başqa dövlətlərin telekanallarını yayımlayırıq. Birinci peyk özünün doğrultmasaydı, nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nə də hökümət növbəti peykin orbitə buraxılmasında maraqlı olardı. Ona görə də dövlətimizin bu siyasətini dəstəkləyirəm”.
Sabiq nazir son dövlərdə mobil rabitə və bir çox sahələrin fəaliyyəti üçün kosmik rabitənin mütləq olmasına diqqət çəkib:
“Ölkədə telekommunikasiyanın gələcək inkişafı üçün peykin olması vacibdir. Hər bir dövlətin peyki olmaya bilir və onlar, adətən, icarəyə götürürlər. Düzdür, icarəyə götürmək bəzi hallarda orbitə peyk buraxmaqdan daha ucuz başa gəlir. Lakin buna baxmayaraq peyk dövləti olmaq şərəfdir. Üstəlik, həmin peyklər həm də gəlir mənbəyidir. Təbii ki, bu addımlar Azərbaycanın kosmik sənayedəki mövqeyinə müsbət təsir edəcək”.
Gülxar
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

