İKT
Dünyanın ən keyfiyyətli və ən yaxşı telefonları - FOTO
Hazırda dünyada ən çox istifadə olunan mobil cihazlar “Android” əməliyyat sisteminə malik telefonlardır.
Publika.az-ın xəbərinə görə, bu telefonların içində elələri var ki, sürəti və gücünə görə kompüterlərlə müqayisə olunur. Qiymətləri isə şoka salır.
Bəzilərini yaxından tanısanız da, bir çoxunun adını ilk dəfə eşitmiş olacaqsınız.
Dünya miqyasında ən çox satılan “Android” telefonları təqdim edirik.
Xiaomi Mi 9 Explorer
“Xiaomi Mi 9 Explorer”ın 6.39 düym genişliyindəki ekranı 1080 x 2340 pikseldir. HDR10 dəstəyinə sahibdir.
Gücünü “Snapdragon 855”dən alan telefon 12 GB RAM ve 256 GB yaddaşa malikdir. (AnTuTu balı: 372072)

Xiaomi Mi 9
6.39 düym genişliyindəki ekranı 1080 x 2340 pikseldir.
“Xiaomi Mi 9” da gücünü “Snapdragon 855”dən alır. Cihaz zövqə görə 6 GB/8 GB RAM və 64 GB/128 GB daxili yaddaşa malikdir. Çində bazara çıxarıldığı gün milyonlarla satılıb. (AnTuTu balı: 371878)

Vivo iQ00 Monster
Adı məşhru olmasa da, Çində ən çox istifadə olunan telefonlardandır. “Vivo iQ00 Monster”in 6.41 düym ekranı 1080 x 2340 pikseldir. 12 GB RAM və 256 GB daxili yaddaşa malikdir. (“Snapdragon 855”) (AnTuTu balı: 365430)

Samsung Galaxy S10 Plus
“Galaxy S10 Plus”un 6.4 düym genişliyindəki ekranl 1440×3040 pikseldir. Cihaz işlədildiyi bölgəyə görə “Exynos 9820” və ya “Qualcomm Snapdragon 855” əməliyyat sistemi ilə gedir.
“Galaxy S10 Plus”un 12 GB RAM və 1 TB daxili yaddaşı olan xüsusi versiyası var. Standard model isə 8 GB RAM və 128 GB / 512 GB yaddaşa malikdir. (AnTuTu balı: 359987)

Samsung Galaxy S10
“Galaxy S10” isə 6.1 düym genişliyində 1440 x 3040 pikselli ekrana malikdir. İşlədildiyi bölgəyə görə “Exynos 9820” və ya “Qualcomm Snapdragon 855” ilə gedir. 8 GB RAM-in yer aldığı telefon 128 GB və 512 GB olmaqla, iki fərqli yaddaşa seçimi təqdim edir. (AnTuTu balı: 359217)

Vivo iQ00
“Vivo iQ00”nun iki fərqli modeli var. Burada yeganə fərq isə 6 GB / 8 GB RAM olmasıdır. Daxili yaddaşı 128 GB-dir.
6.41 düymlük ekranı 1080 x 2340 pikseldir. Gücünü “Snapdragon 855”dən alır. (AnTuTu balı: 356510)

Lenovo Z5 Pro GT
“Lenovo Z5 Pro GT” 6.39 düym genişliyindəki ekranı 1080×2340 pikseldir. Gücünü “Snapdragon 855”dən alır. 12 GB RAM-a sahibdir və istifadəçilərinə 512 GB yaddaş təqdim edir. (AnTuTu balı: 348591)

ZTE Nubia Red Magic Mars
“Nubia Red Magic Mars” bir oyunçu telefonudur. 6 düymlük IPS LCD ekranı 1080×2160 pikseldir. “Qualcomm”un “Snapdragon 845” seriyasından güc alır. Cihazın ən üst versiyası 10 GB LPDDR4X RAM və 256 GB UFS 2.1 yaddaş sahəsi ilə gəlir. Maye soyutma sisteminə malik telefon 3800 mAh potensiallı batareya ilə bəslənir. (AnTuTu balı: 315200)

Huawei Honor V20
6.4 düym genişliyindəki ekranı “Full HD+”dur. “Kirin 980” sistemi ilə işləyir. 6 GB ve 8 GB RAM-a malikdir və 128 GB və 256 GB daxili yaddaş seçimləri var. Telefonun arxa tərəfindəki kamerası 48 Megapikseldir. Kameraya ToF 3D sensor yoldaşlıq edir. Ön kamerası ilə 25 Megapikseldir. (AnTuTu balı: 306306)

Huawei Mate 20 X
“Huawei Mate 20 X”in 7.2 düym genişliyindəki nəhəng OLED ekranı 1080×2244 pikseldir. “Kirin 980” sistemi ilə işləyir. Zövqə görə 6 GB / 8 GB RAM və 128 GB / 256 GB yaddaş seçimləri var. (AnTuTu balı: 303174)

*AnTuTu “Android” telefon və tabletlərin RAM sürətini, istifadəçi rəyini, 3D və 2D qrafik performansını və yaddaçş sahəsi kimi fərqli kateqoriyalarda analizini aparır.
Zümrüd
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm








.jpg)



.jpg)





.jpg)













.png)




