İKT
AzTV-də yeni təyinatlar - SİYAHI
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr dəyişiklikləri olub.
"Report"un əldə etdiyi məlumata görə, televizyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib.
Ona televiziyanın İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinin icrası tapşırılıb.
Uzun illərdir İctimai-siyasi proqramlar redaksiyasında çalışan Səxaddin Hüseynov isə adı çəkilən redaksiyanın baş redaktoru təyin olunub.
Bundan başqa, QSC sədrinin köməkçisi Elşən Həsənov müqavilə müddəti başa çatdığı üçün öz istəyi ilə işdən ayrılıb.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı "Report"a təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiayalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb. Bundan başqa, televiziya filmləri və tamaşalarının çəkilişinə başlanılıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)



















.jpg)

.jpg)
