İKT
Azərbaycan dünyada İLKƏ İMZA ATDI
Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda keçirdiyi ictimai təqdimatda nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
O bildirib ki, sözügedən qurğu artıq beynəlxalq tədbirlərdə nümayiş etdirilib: "Bu qurğu dünyada böyük marağa səbəb olub. Nəzarət qurğusu bizim öz məhsulumuz və layihəmizdir. Artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür. İctimai işlərə nəzarət qurğusunun mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs iş yerinə gəldikdə icitmai işlərə nəzarət qurğusunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri monitorinq mərkəzində göstərir. Həmin şəxs işi bitdikdən sonra qurğunu söndürür. Bu qurğu vasitəsi ilə biz həmin şəxsə tam olaraq nəzarət edirik. Bu sistem cəmi 2 aydır tətbiq edilir. Artıq bir neçə məhkum pilot rejimdə izlənilir. Göstəricilər isə 100 faizə yaxındır və hər hansı pozuntular aşkar olunmayıb".
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

