İKT
“Azercell” veteranları təbrik etdi - FOTO
“Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may - faşizm üzərində Qələbə Günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb. Koronavirus pandemiyası dövrünə təsadüf edən Qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını ərzaq sovqatları ilə sevindirib.
Publika.az xəbər verir ki, xeyriyyə aksiyası çərçivəsində “Azercell” Azərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib.
Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlamıza hər zaman qayğı ilə yanaşan “Azercell” 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər. Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (Sim-Sim) istifadəçiləri “Azercell”in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.
Azərbaycan xalqı İkinci Dünya müharibəsinin 1941-1945-ci illəri ərzində cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, qələbə naminə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhrəmanlıq nümayiş etdirib. “Azercell” şirkəti müxtəlif müharibə illərində orduda döyüşən bütün veteranlarımıza uzun ömür, cansağlığı arzulayır. Bizim qələbələrimiz hələ irəlidədir.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq






.jpg)





























