İKT
“e-Tabib” tətbiqindən istifadə edən Bakcell abunəçilərinə hədiyyə
Bakcell şirkəti “Covid-19”la mübarizə tədbirləri çərçivısində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub.
Publika.az xəbər verir ki, Bakcell abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.
“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona “Covid-19” testindən keçmək tövsiyə olunur.
Azərbaycanda “Covid-19” virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.
Bakcell bundan sonra da ölkəmizdə “Covid-19”a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO









.jpg)








.jpg)


















.jpg)


