İKT
“Google”un gəlirləri açıqlandı - Tarixdə ilk dəfə...
Texnologiya nəhəngi “Google”un gəlirləri tarixində ilk dəfə azalıb.
Publika.az xəbər verir ki, koronavirus epidemiyasının təsiri ilə 2020-ci ilin ikinci rübündə şirkətin reklam gəliri bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz, ümumi gəliri isə 2 faiz azalıb.
Google şirkətinin ana şirkəti olan “Alphabet”in gəliri 38.3 milyard dollar olaraq açıqlanıb. “Alphabet”in gəlirlərinin 4 faiz azalması gözlənilirdi.
“Financial Times” qəzetinin xəbərinə görə, “Google” rəsmiləri üçüncü rübdə yenidən böyüməyə başlayacaqlarına "təmkinli optimistlik" etdiklərini açıqlayıblar.
“Google”un baş direktoru Sundar Pichai istifadəçilərin onlayn fəaliyyətə qayıtdıqları zaman tarazlığın ilk əlamətlərini gördüklərini söyləyib.
Şirkətin maliyyə direktoru (CFO) Ruth Porat reklam gəlirlərinin iqtisadiyyatın ümumi vəziyyəti ilə sıx bağlı olduğunu və kövrək şərtlərin önümüzdəki aylar üçün qeyri-müəyyənlik yaratdığını söyləyib.
“Google”un ana şirkəti olan "Alphabet" in səhmləri son üç ayda 25 faiz qazanıb.
FT “Google”un reklam gəlirlərinin kiçik və orta sahibkarlıqdan çox asılı olduğunu və bu qisim sahibkarlığlın epidemiyadan ən ağır zərbə aldığını açıqlayıb.
Qeyd edək ki, “Google”un “YouTube”dakı reklam gəlirləri ikinci rübdə 6 faiz artaraq 3,8 milyard dollara, şirkətin bulud proqram təminatından əldə etdiyi gəlir 43 faiz artaraq 3 milyard dollara çatdı.
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

































.jpg)


