İKT
Süni intellekt qərar qəbuluna təsir göstərə bilər
Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) "Data61" şirkətinin tədqiqatçıları Avstraliya Milli Universiteti və Almaniya ekspertləri ilə əməkdaşlıqda süni intellektin insan tərəfindən qərarın qəbul edilməsinə təsir göstərə bilməsini müəyyən ediblər.
Publika.az xəbər verir ki, tədqiqata iştirakçıların kompüterə qarşı oyun oynadığı üç eksperiment daxil olub. İlk iki testdə iştirakçılar saxta valyuta qazanmaq üçün qırmızı və ya göy xanaların üzərinə keçid edərək sıxıblar. Üçüncü eksperimentdə iştirakçılara saxta valyutanın investisiya qoyuluşu üzrə iki variant təklif olunub. Senaridə iştirakçılar sərmayədar, süni intellekt isə etibarlı idarəedici rolunu oynayıb.
Hər üç oyunu keçdikcə süni intellekt iştirakçıların son nəticədə oyunçuların müəyyən qərar qəbul etməsinə kömək edən seçim modelini öyrənib. Məsələn, artıq üçüncü oyunda süni intellekt iştirakçıları ona daha çox pul verməyə məcbur etməyi mənimsəyib.
Tədqiqatın nəticələrinə görə, süni intellekt insanların vərdişlərindən və davranış modellərindən istifadə edərək onların qərar qəbul etməsinə təsir göstərə bilər.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)





















.jpg)
.jpg)

