İKT
"Space" və "Araz" FM-in yayımı dayandırılır - MTRŞ QƏRAR VERDİ
Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.
Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub.
Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ






.jpg)





























