İKT
Şuşa optik telekommunikasiya xidmətləri ilə təmin edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC Şuşa şəhərindəki müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, artıq sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.
Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.
İşğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. “Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir.
“Aztelekom” Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqini mərhələli və planlı şəkildə həyata keçirəcək.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































