İKT
“SpaceX” orbitə daha 53 internet peyki çıxardı
Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.
Publika.az “SpaceX” kompaniyasının saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.
Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

































.jpg)




