İKT
Qazaxıstan könüllüləri DOST könüllülərinin təcrübəsini öyrənir - FOTO
Azərbaycanda könüllülük sahəsində təcrübəni öyrənmək üçün ölkəmizə səfər gəlmiş Qazaxıstan könüllüləri ölkəmizdə könüllülük hərəkatının aktiv iştirakçılarından olan DOST könüllüləri ilə görüşüblər.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olan qazaxıstanlı könüllülərə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin fəaliyyəti, eləcə də “Könüllü DOST” proqramı haqqında məlumat verilib.
Bildirilib ki, 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST mərkəzlərində hazırda 200 gənc könüllü çalışır. Bununla yanaşı, ilk dəfə olaraq yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Gümüşü DOST” proqramı da icra olunur. Könüllülər əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərdən istifadə edən vətəndaşlara mərkəzlərdə kömək edir, onlara zəruri sənədlərin hazırlanmasında dəstək olur, həssas qruplardan olan şəxslərə qayğı göstərir.
Qazaxıstan könüllüləri “Könüllü DOST”larla birlikdə DOST mərkəzində xidmət göstərərək təcrübə mübadiləsi də aparıblar. Qrupun koordinatoru Aygerim Jarılqasova bu səfərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bu sahədə bundan sonra da qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Sonda xatirə şəkli çəkilib, qonaqlara hədiyyələr təqdim olunub.
Səfər Qazaxıstan Milli Könüllülər Şəbəkəsi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının bu sahədə təcrübə mübadiləsi proqramı əsasında həyata keçirilir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)


























.jpg)


