İKT
"Bakcell"in 3 il ərzində ölkəyə yatırdığı vəsait bəlli oldu
"Bakcell" şirkətinin son 3 il ərzində Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 226 milyon manat təşkil edir.
Publika.az xəbər verir ki, şirkətin fəaliyyətinin davam etməsinə və inkişafına yönəlmiş bu sərmayələr uzunmüddətli perspektivdə ölkənin ümumi daxili məhsulunun həcminə də töhfə verəcək.
Qeyd olunan məbləğin böyük hissəsi telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, regionlarda 4G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsinə və Qarabağda yüksək keyfiyyətli mobil şəbəkənin qurulmasına xərclənib.
Eyni zamanda genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı həyata keçirən "Bakcell" şirkəti 3 il ərzində bir sıra sosial layihələrə böyük həcmdə vəsait ayırıb. Buraya şirkətin pandemiya ilə mübarizəyə, İkinci Qarabağ Müharibəsinin təsirlərinin azaldılmasına, Qarabağda bərpa işlərinin aparılmasına və əlilliyi olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına yönəlmiş layihələr daxildir.
"Bakcell" şirkəti ölkədə telekommunikasiya sahəsinin inkişafına öz töhfəsini vermək üçün gələcəkdə də Azərbaycan iqtisadiyyatına iri həcmi sərmayələr yatırmağa davam edəcək. 2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün "Bakcell" şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.4%-ni əhatə edir.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ






.png)















.jpg)













.jpg)

