İKT
"Tvitter" bu ölkələrdə çökdü
Tvitter dünya üzrə ən azı 15 000 istifadəçinin media platformasına daxil olmasına və ya onun əsas xüsusiyyətlərindən istifadə etməsinə mane olan böyük bir fasilə yaşayıb.
Publika.az xəbər verir ki, internet xidmətlərinin və saytların nasazlıqlarını izləyən məşhur “Downdetector” resursunun statistikasına əsasən, dekabrın 28-də ABŞ-dan 10 000-dən çox, Yaponiyadan 2500 və Böyük Britaniyadan da, təxminən bu qədər istifadəçi şikayət edib.
Bəzi istifadəçilər kəsinti zamanı masaüstü və noutbukdan öz hesablarına daxil ola bilməyib. Mobil proqram vasitəsilə də daxil olmaq çətinləşib. Bəzi istifadəçilərə yenidən cəhd etmələri ilə bağlı bildiriş gəlib.
"Tvitter" jurnalistlərin sorğularına hələ cavab verməyib. Platformanın yeni sahibi Elon Mask, istifadəçi şikayətlərinə cavab olaraq, öz səhifəsində qısa şəkildə yazıb: "Bu, məndə işləyir".
"Tvitter"in problemləri son vaxtlar bir çox ekspertlər tərəfindən qeyd edilir. Elon Mask şirkəti aldıqdan sonra mühəndislər də daxil olmaqla əməkdaşların, demək olar ki, üçdə ikisini işdən çıxartdıqdan sonra platforma qəzalara və haker hücumlarına qarşı həssas olmağa başladı. Şirkətdə çox az işçi qalıb və onlar fiziki olaraq bütün iş həcminin öhdəsindən gələ bilmirlər.
Mütəxəssislər, həmçinin istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı problemləri proqnozlaşdırıblar və belə problemlər artıq başlayıb: bu yaxınlarda təcavüzkarlar haker forumunda 2021-ci ilin dekabrında oğurlanmış 5,4 milyondan çox "Twitter" hesabının məlumatlarını yerləşdiriblər və daha sonra 400 milyon istifadəçinin məlumatlarını sızdırıblar.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































