İKT
Jurnalistlər üçün bəd xəbər: Bu nəşriyyat süni intellektin köməyi ilə jurnal buraxdı
Amerikanın nəhəng nəşriyyatı "The Arena Group" bir çox məşhur jurnalların nəşrləri üçün məzmunun hazırlanmasında süni intellektdən istifadəyə başladığını elan edib.
Publika.az xəbər verir ki, az tanınmış şirkətlər "Jasper" və "Nota" proqram təminatının hazırlanması ilə məşğuldur. Yeni süni intellekt jurnalistlərlə birgə işləyəcək, amma nəşrin nümayəndələrinin fikrincə, onların işini əvəz etmək nəzərdə tutulmayıb.
"The Arena Group"-un baş direktoru Ross Levinsonun izah etdiyi kimi, onlar öz platformalarının imkanlarını genişləndirmək üçün süni intellekt texnologiyalarından istifadə etmək niyyətindədirlər. Süni intellekt alətləri informasiyanın emalına kömək edəcək ki, bu da yeni materialların hazırlanması proseslərini optimallaşdıracaq. Şirkətin planlaşdırdığı kimi bu addım müştəriləri cəlb etmək üçün yeni yollar açacaq.
Pilot layihədə "The Arena Group" redaktorları xəbər gündəmini təhlil etmək, tez bir zamanda ən aktual mövzuları seçmək və arxivlərdən müvafiq materialları toplamaq üçün süni intellekt texnologiyasından istifadə ediblər. İnformasiya emalının avtomatlaşdırılması insanların üzərinə düşən yükü azaltmağa və yeni nəşrlərin yaradılmasını sürətləndirməyə imkan verir. Bununla belə, son söz hələ də insan üzərində qalır - maşın hələ jurnalistin və redaktorun işini tam əvəz edə bilmir.
Ayşən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?











.jpg)























.jpg)
