İKT
"Telegram"da çoxdan gözlənilən YENİLİK: 48 saat ərzində...
"Telegram" messencerində yeni funksiya - hekayələr istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, yeni funksiya ekranın yuxarı hissəsində yerləşir.
Hazırda funksiya yalnız premium hesabı ("Telegram Premium") olan messencer istifadəçiləri üçün əlçatandır. Bu, hekayə dərc etməyə çalışdığınız zaman açılan lövhədə bildirilir.
İyunun sonunda rusiyalı sahibkar və "Telegram"ın qurucusu Pavel Durov messencerdə hekayələrin göründüyünü elan edib. O qeyd edib ki, funksiya iyul ayında tətbiqə əlavə olunacaq.
"Uzun illərdir istifadəçilərimiz bizdən "Telegram"da hekayələr tətbiq etməyi xahiş edirlər. Əvvəlcə biz bunun əleyhinə idik. Halbuki biz istifadəçilərimizi dinləməsəydik, "Telegram" "Telegram" olmayacaqdı", - Durov bildirib.
Durovun sözlərinə görə, hər bir istifadəçi öz hekayələrinə kimin baxa biləcəyini seçmək hüququna malik olacaq. Onlar imzalana, keçidlər qoya və ya digər insanları qeyd edə bilər. Hekayələrin mövcudluğu onları dərc edən istifadəçinin seçimindən asılı olaraq 6-48 saat arasında dəyişəcək.
Hüseyn İbadlı
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"













.jpg)






















