İKT
Smartfonda iki Wi-Fi işarəsi niyə görünür?
Bəzi Android smartfonlarında adi Wi-Fi işarəsinin yanında daha kiçik ölçülü ikinci simvol da görünə bilər.
Publika.az xəbər verir ki, “Computer Bild” nəşri bu xüsusiyyətə diqqət çəkib.
Jurnalistlər ikinci simvolun görünməsini Dual Wi-Fi funksiyası ilə əlaqələndiriblər. Bu funksiya smartfona eyni vaxtda 2,4 və 5 giqahers tezlik diapazonlarından istifadə etməyə imkan verir. Onlar qeyd ediblər ki, adətən cihaz bu diapazonlardan yalnız birinə qoşulur.
Hər iki tezlik diapazonunda eyni vaxtda işləmək bağlantının sürətini və dayanıqlığını artıra bilər. Bu, böyük faylların ötürülməsi, videolara baxılması və onlayn oyunlar zamanı faydalı ola bilər. Lakin sürət artımı həmişə nəzərə çarpmır və bu, digər amillərlə yanaşı, istifadə olunan tətbiqdən də asılıdır.
Mütəxəssislərin diqqət çəkdiyi bu funksiyanın bir çatışmazlığı da var. İki bağlantının eyni vaxtda saxlanılması enerji sərfiyyatını artıra bilər. Buna görə də bəzi hallarda smartfonun batareyası daha tez boşalır. Müəlliflərin dəqiqləşdirdiyinə görə, Dual Wi-Fi funksiyası bütün Android smartfonlarında mövcud deyil. İkinci simvol adətən cihaz bu funksiyadan faktiki istifadə etdikdə görünür.
Hüseyn İbadlı
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz






.png)




























