İKT
Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
"ChatGPT" Azərbaycanda süni intellekt əsaslı çat-botlar arasında populyarlığına görə liderliyini qoruyub-saxlamaqdadır.
Publika.az xəbər veri ki, bu barədə "Trend" "Global Stats" məlumatları əsasında hesablama aparıb.
Bildirilib ki, 2026-cı ilin sentyabrında Azərbaycanda süni intellekt çat-botları bazarında ChatGPT-nin payı 86,3 faiz təşkil edib. Bu, bir ay əvvəlki göstəricidən 2,69 faiz bəndi çoxdur.
Bu müddətdə "Google Gemini"dən istifadə 1,17 faiz bəndi azalaraq 10,28 faiz təşkil edib.
Sentyabrda "Perplexity"nin payı 2,34 faiz, "Claude"un 0,83 faiz, "Microsoft Copilot"un payı isə 0,24 faiz olub.
Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub və ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.
Qeyd edək ki, "OpenAI" GPT-6-nın "ChatGPT"də qlobal tətbiqinə başlayıb. Yeni model Intelligent UI funksiyası ilə təchiz olunub. Bu funksiya "ChatGPT"yə yalnız mətn formatında cavablar verməyə deyil, həm də birbaşa çat daxilində interaktiv interfeyslər yaratmağa imkan verir. Onun köməyi ilə cavablara interaktiv qrafiklər, düymələr və formalar, diaqramlar, kalkulyatorlar və digər interaktiv elementlər daxil edilə bilər.
OpenAI bildirir ki, GPT-6 qarşıya qoyulan tapşırıqdan asılı olaraq cavabın ən uyğun formatını müstəqil şəkildə seçə bilər. Məsələn, mürəkkəb mövzunun izahı üçün interaktiv sxemdən, hesablamalar üçün isə kalkulyatordan istifadə edə bilər.
Bundan əlavə, "OpenAI" "ChatGPT"də yeni reklam formatını elan edib. Şirkət oktyabrın sonlarından etibarən əvvəlcə ABŞ-də "Free" və "Go" istifadəçiləri üçün vizual reklam formatını sınaqdan keçirməyi planlaşdırır. "OpenAI" vurğulayır ki, reklam yaradılan görüntüdən ayrı olacaq və "ChatGPT"nin cavablarına təsir göstərməyəcək.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!

















.jpg)



.jpg)

















