İKT
Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək
17 oktyabrda “AWS User Group Baku”nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradaraq onları virtual mühitdə yarışdıracaqlar.
Publika.az xəbər verir ki, bu format iştirakçılara süni intellekt və bulud texnologiyalarından istifadəni praktiki şəkildə öyrənmək imkanı verəcək.
Ənənəvi texnoloji tədbirlərdən fərqli formatda keçiriləcək turnirdə iştirakçılar beş süni intellekt agentindən ibarət futbol komandaları yaradacaq. Onların hər birini süni intellekt agenti — oyundakı vəziyyəti təhlil edib müstəqil qərar verən proqram idarə edəcək. İştirakçılar komandalarının strategiyasını müəyyənləşdirəcək, hazırladıqları proqramları “Amazon Web Services” (AWS) bulud platformasında yerləşdirəcəklər.
Oyun başlayanda virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri meydandakı vəziyyəti analiz edərək hərəkət, ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin strategiyasını və davranışını formalaşdıracaq, nəticələri izləyərək komandalarını təkmilləşdirəcəklər.
Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Tədbirə qeydiyyat Meetup platforması üzərindən həyata keçirilir.
Azercell-in tədbirə dəstəyi ölkədə süni intellekt üzrə bilik və bacarıqların inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlmiş fəaliyyətinin davamıdır. Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma rolunu oynayacaq.
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?








.png)



.jpg)






.jpg)



















