7 ayda 4 milyard manat vergi yığılıb
Bizi izləyin

Ekopublika.az

7 ayda 4 milyard manat vergi yığılıb

Vergilər Nazirliyi bu ilin 7 ayında proqnoz tapşırığına 101,9 faiz əməl edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə hesabat dövründə təxminən 4 milyard manat vergi yığılıb.

Qeyd edək ki, 2015-ci ilin büdcə layihəsinin gəlirləri 19 milyard 430 milyon manat müəyyənləşdirilmişdi. Lakin parlamentin yaz sessiyasında maliyyə naziri Samir Şərifov gəlirlərin azı bir milyard manat azaldılaraq, 18 milyard 300 milyona salındığını bildirmişdi.

İlkin büdcə layihəsində (gəlirlər azaldılmadan öncə) Vergilər Nazirliyindən dövlət büdcəsinə daxilolmalar 7,1 milyard manat nəzərdə tutulmuşdu.

2015-ci ilin büdcəsində gəlirlərin 10,1 milyardı Neft Fondundan transfert idi. Bu ümumi dövlət büdcəsinin 65 faizi deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm