Ekopublika.az
Əmanətlərin həcminin azalması daşınmaz əmlak bazarını canlandırıb
Mərkəzi Bankın məlumatına əsasən sentyabrın biri tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu da avqust ayının 1-i (7 milyard 605,1 milyon manat) ilə müqayisədə 284,8 milyon manat azdır.
Publika.az–a açıqlama verən iqtisadçı-ekspert Rəşad Əliyev bildirir ki, avqust ayında və sentyabr ayının əvvəlində daşınmaz əmlak bazarında aktivlik artıb. Bəzi hallarda qiymət artımlarıda müşahidə edilib. Buna baxmayaraq ümumi qiymət səviyyəsində artım olmayıb: “Bazarda aktivliyin artmasını biz ancaq banklardakı əmanətlərin bir hissəsinin daşınmaz əmlaka yönəlməsi ilə əlaqələndirirdik. Çünki daşınmaz əmlak bazarını pul vəsaitləri ilə qidalandıra biləcək başqa mənbələr yoxdur. İqtisadi aktivlik aşağı düşdüyündən əhalidə sərbəst pul vəsaitlərinin cəmləşməsi prosesi çox aşağı səviyyədədir. Bazarın kreditləşməsidə sabit , gözləntilər isə neytral qalıb”.
R.Əliyev deyib ki, sentyabr ayının 2-ci yarısından bazarda aktivlik yenə aşağı düşüb: “Artıq bir neçə aydır bank sektorundakı vəziyyət daşınmaz əmlak bazarında qiymətlərə dəstək göstərir. Bu dəstək qiymət artımına yox, qiymətlərin düşməsi tempinin azalmasına xidmət edirdi. Hesab edirik ki, avqust ayı üzrə 284,8 milyon manatlıq azalmanın maksimum üçdə biri daşınmaz əmlak bazarına yönəlib. Əgər məbləğin yarıdan çoxu bazara yönəlsəydi bazarda əhəmiyyətli qiymət artımı müşahidə edilərdi. Bu daha aydın bir müddət sonra bilinəcək”.
İqtisadiyyat şöbəsi
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi