Ekopublika.az
Azərbaycanda "CİP" yığılacaq - FOTO
Naxçıvan Avtomobil Zavodu (NAZ) “Lifan” avtomobillərinin yeni modellərini istehsal edəcək. Bu məsələ bu gün Bakıda Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayev və “Lifan International”ın baş direktoru Sun Szeszyun arasında aparılan danışıqlarda müzakirə olunub.
M.Abdullayev bildirib ki, Azərbaycanda istehsal edilən modellər sırasına “Lifan X7” tam ötürücülü avtomobili və 11 nəfərlik miniven daxil olacaq. Danışıqlar zamanı NAZ-ın hazır məhsullarının üçüncü ölkələrə tədarük edilməsinə dair razılıq da əldə olunub.
M.Abdullayevin sözlərinə görə, tərəflər, həmçinin Azərbaycanın bölgələrində diler şəbəkəsinin açılması, eləcə də Azərbaycan bazarında satışların maliyyələşdirilməsi məsələsində Çin banklarının dəstəyi barədə fikir mübadiləsi aparıb.
S.Szeszyun isə Azərbaycan bazarının perspektivliyini, onun potensialını xüsusi qeyd edib: “Azərbaycan iqtisadiyyatının artımı aydın görünür, bu baxımdan Bakının hansı templə böyüdüyünə və yaxşılaşdığına baxmaq kifayət edir”.
“Lifan” nümayəndələri azərbaycanlı həmkarlarının yüksək peşəkarlığını vurğulayıblar. Çin zavodunun nümayəndə heyəti “Gəncə Avtomobil Zavodu” İstehsalat birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev ilə də görüş keçirib.
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc4 Mart 19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı
-
ABŞ4 Mart 19:30ABŞ-ın yeni hərbi qüvvələri bölgəyə göndərilir, İranın sonu çatıb - Pit Heqset















.jpg)


















.jpg)




