Ekopublika.az
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək - Millət vəkili
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir. Nəzərə alsaq ki, artıq 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını nəql edir. Eyni zamanda, 2020-ci ildən etibarən 7 milyard kubmetr mavi qaz Avropa bazarına çıxarılıb. 2022-ci ildə də ölkəmiz Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, bununla Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetrə qədər yüksələcək: “Bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur. Nəzərə alsaq ki, Avropada enerji böhranı var. Xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusi müzakirə olunan məsələlərdəndir. Azərbaycan Avropa bazarında hər hansısa bir şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın sadəcə məqsədi Avropanın daha dayanıqlı bazara mavi qazı çıxarmaq, bununla da həm mavi qaz ixracatını həyata keçirmək, həm də Avropanın, xüsusilə də Cənubi, sonrakı mərhələdə isə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdən ibarətdir”.
V.Bayramov qeyd edib ki, Azərbaycan mavi qazı qaza və enerjiyə daha çox tələbin olduğu Avropa ölkələrinə ixrac olunur: “Xüsusilə, Cənubi Avropa ilə yanaşı, Mərkəzi və Şərqi Avropadan olan ölkələr də Azərbaycanın mavi qazından faydalanacaqlar. Artıq Bolqarıstanın daxili şəbəkə vasitəsilə illik 12 milyard kubmetrə yaxın mavi qaz idxal etməsi, Azərbaycan mavi qazını alması praktiki olaraq razılaşdırılıb. Rumıniya və Macarıstanın kimi ölkələr də Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə, digər Mərkəzi və Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Nəzərə alsaq ki, həmin ölkələrin Azərbaycandan aldığı mavi qaz gələcəkdə, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrinin mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdıra biləcək. Buna görə də əslində, praktik olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyinə xüsusi töhfə olacaq. Bu kontekstə indiki düzəni və Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun 2022-ci il də daxil olmaqla, növbəti illərdə daha da güclənəcəyi gözlənilir”.
Deputat əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi bir layihədir: “Çünki bu layihə Azərbaycanın valyuta gəlirlərinin artmasına imkan verəcək. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO