Ekopublika.az
"Azərenerji"nin zərəri 3 milyarda yüksəldi
“Azərenerji” ASC 2020-ci ili 206,924 milyon manat zərərlə başa vurub.
Bu, 2019-cu ilə nisbətən 9,6% azdır.
Bununla belə, hesabat dövründə qurumun yığılmış zərəri 8,15% artaraq 2 748,472 milyon manata çatıb.
2020-ci ildə “Azərenerji”nin enerji satışından gəlirləri 1 073,179 milyon manat (2019-ci illə müqayisədə 2,9% az), elektrik şəbəkəsinə qoşulma xidmətindən və digər satış gəlirləri 1,237 milyon manat (37,9% çox), yanacaq xərcləri 509,649 milyon manat (1,9% az), köhnəlmə və amortizasiya xərcləri 193,814 milyon manat (2,3% çox), heyətlə bağlı xərcləri 71,775 milyon manat (27,9% az), təmir və texniki xidmət xərcləri 110,054 milyon manat (41,5% çox), xammal və materiallar üzrə xərcləri 14,172 milyon manat (40,2% çox), alınmış elektrik xərcləri 8,673 milyon manat (5,7% çox), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 4,861 milyon manat (2019-ci ildə gəlir olub), maliyyə xərcləri 35,932 milyon manat (13,1% az), xarici valyuta mübadiləsindən zərəri 83,79 milyon manat (2019-cu ildə gəlir olub), kreditor borcların və kreditlərin silinməsindən gəlirləri 1,419 milyon manat (8,3 dəfə çox), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkisi 175,133 milyon manat (52,7% az), digər xərcləri 25,655 milyon manat (5,65% çox), mənfəət vergisi ödəmələri 10,684 milyon manat (69,2% az), digər vergi ödəmələri isə 38,567 (6,3% çox) təşkil edib.
2020-ci il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 027,564 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,4% artaraq 2 580,589 milyon manata, balans kapitalı isə 5% artaraq 1 446,975 milyon manata çatıb.
Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.(Report)
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc







.jpg)


.jpg)























.jpg)

