Ekopublika.az
Rubl çökür: manat regional valyutaya çevrilir? - Keçmiş nazirdən ŞOK PROQNOZ
Rusiya-Ukrayna münaqişəsi çərçivəsində şimal qonşumuza tətbiq edilən maliyyə sanksiyaları onun iqtisadi sisteminə ciddi təhlükələr yaratmaqdadır. Rusiyanın SWIFT-dən çıxarılması, ölkənin iqtisadi imkanlarının, ticarət əlaqələrinin bloklanması Azərbaycan üçün də müəyyən iqtisadi çətinliklər yarada bilər. Hər halda iqtisadçı ekspertlər, proqnozlaşdırma mərkəzləri bu cür təhlillər aparırlar. Əsaslandırmalar ondan ibarətdir ki, ilk növbədə Azərbaycan Rusiyanın aparıcı iqtisadi tərəfdaşlarındandır.
Bundan başqa, qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2-3 milyon soydaşımız yaşayır və Rusiyaya qarşı iqtisadi sanksiyalar fonunda onların bizneslərinə təhlükə yaranmaqla yanaşı, həmin insanların Azərbaycana axını da bizim üçün əlavə risklər deməkdir.
Məsələ ilə bağlı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Saleh Məmmədovun fikirlərini öyrənməyə çalışdıq.
Professor Publika.az-a açıqlamasında söylədi ki, Rusiya bizim ən böyük ticarət partnyorumuzdur, elə ona görə də bu hadisələrin bizə böyük təsiri olacaq:
“İşlərimizi dəqiq qurmalıyıq ki, minimum zərərlə ötüşək, bəzi hallarda isə daha yaxşı yararlanmaq imkanı olsun. Bunun üçün ilk növbədə nə qədər imkan varsa, rublla əməliyyatlardan qaçmaq lazımdır. Hətta onlar imkan daxilində əmanətlərini geri çəksələr, yaxşı olar. Rus banklarından bütün valyutalara əmanətdən, depozitdən qaçmaq da vacib şərtlərdəndir. Rusiya ilə ticarət əlaqələrini yalnız manatla həyata keçirmək lazımdır. Rusiya ilə son müttəfiqlik müqaviləsində bu maddə var. Putin bu vəziyyəti bilirdi, ona görə də bu maddə xüsusi olaraq qeyd olunub. Rusiyanın beynəlxalq pul axınının ən optimal və təhlükəsiz kanalı manatdır”.
src="/storage/files/upload/c56b6764a790402782dfd22c970e4d799e0331c7.jpg" style="width: 390px; height: 219.7px;" class="fr-fic fr-dib">
Saleh Məmmədov düşünür ki, bununla bərabər, bu kimi tədbirlər qəti olaraq Avropa Mərkəzi Bankı və ABŞ Federal Ehtiyat Sistemi ilə razılaşdırılmalıdır:
“Rusiya bu gün dünya üçün ən böyük təhlükəyə çevrilib. Bütün dünya bu ağır təhlükəni sovuşdurmağa çalışır. Bu saata dollar-rubl kursu artıq 110-u keçib. Çox sürətlə 500, 1000, 10 000 həddini aşacaq. Yaxın günlərdə yəqin ki, birjalar tam dayanacaq. Digər tərəfdən, Rusiyada əmlaka investisiya qoyan iş adamlarımız bu istiqamətdəki yatırımlarını dayandırmalıdır. 1-2 aya əmlakın qiyməti on dəfələrlə düşəcək. Rusiya şirkətlərinin səhmlərindən, istiqrazlarından qurtulmaq vaxtıdır. Eləcə də dövlətin digər qiymətli kağızlarını indi əldən çıxarmaq lazımdır. Bir sözlə, Rusiya bazarı dağıdıldı. Bunun bərpası uzun zaman alacaq”.
Keçmiş maliyyə nazirinin fikrincə, hazırda Rusiya üçün nəqliyyat, ticarət dəhlizi kimi ən etibarlı məkan Azərbaycan və Türkiyədir:
“Bu ölkə həm də nəqliyyat sanksiyalarına məruz qalıb. Avropa, Asiya, Amerika, Afrika, bir sözlə, hər bir məkan Rusiyanın üzünə bağlanır. Nəzərə alsaq ki, İran da sanksiya altındadır, o zaman məsuliyyətli olmalıyıq, həm də vəziyyəti daha yaxşı qiymətləndirməyi bacarmalıyıq. Bütün istiqamətlərdə rus xalqına (rejiminə deyil), öz soydaşlarımıza kömək üçün infrastruktur yaratmalıyıq. Bütün gömrük qapılarını, o cümlədən hava məkanlarını, limanları sərbəst iqtisadi zona elan etmək gərəkdir. Eləcə də ofşor bank, biznes fəaliyyəti qurmaq zəruridir. Eyni zamanda, tranzit sistemi yaratmaq lazımdır. Həmçinin ixrac mallarına xüsusi imkanlar yaratmaq vacibdir. Dövlət tərəfindən tənzimlənən qiymətləri aşağı salmaq, Rusiyaya ixracatı ucuzlaşdırmaq üçün hər cür yardım göstərmək lazımdır. Yaranan yeni şərtlərə uyğun olaraq geniş islahat tədbirləri həyata keçirmək məqsədəuyğundur. İndi manatın regional rezerv valyutaya çevrilməsi şansı yaranıb”.
-
Magazin106:16
"Bir az bəzənən kimi deyirlər "Kimisə var"" - VİDEO
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI