Ekopublika.az
Azərbaycan 500 milyard manatı necə itirir: aidiyyəti qurumlar hara baxır?
Dünyanın ən böyük 100 bankının siyahısı açıqlanıb. İlk yüzlüyə ən azından bir bankı düşən dövətlərin hamısı inkişaf etmiş ölkələrdir.
Maraqlısı odur ki, dünyanın dörd ən böyük bankı Çində yerləşir. Qərargahı Pekində yerləşən Çin Sənaye və Kommersiya Bankı (ICBC) aktivləri, depozitləri, müştəriləri və işçilərinin sayına görə ən böyük bankdır. O, həmçinin “The Banker” tərəfindən dünyanın ən yaxşı 1000 bankında 1-ci səviyyəli kapitala əsasən ilk pillədədir.
Çin İnşaat Bankı və Kənd Təsərrüfatı Bankı müvafiq olaraq 3,64 trilyon ABŞ dolları və 3,56 trilyon dollar aktivləri ilə dünyanın ikinci və üçüncü ən böyük banklarıdır. Ən yaxşı 100 bank sırasına 21 Çin maliyyə institutu, 12 ABŞ bankı, 6 Böyük Britaniya bankı, 5 Kanada bankı, 6 Fransa bankı və Yaponiyadan 9 bank daxildir.
Bəs siyahıda niyə Azərbaycan bankları yoxdur?
Keçmiş maliyyə naziri Saleh Məmmədov Publika.az-a açıqlamasında deyib ki, siyahıya başçılıq edən bankın aktivləri 4,3 trilyon dollardır:
“100-cü bankın aktivləri isə 294 milyard dollardır. Təəssüf ki, Türkiyə və Azərbaycanın heç bir bankı bu siyahıya düşə bilməyib. Heç hər hansı müsəlman ölkəsinin banklarının da bu siyahıda adı yoxdur. Müstəqillik qazandıqdan sonra Azərbaycanda belə bir plan qoyulmuşdu: Sinqapur, Cənubi Koreya, Çin və sair təcrübəsinə əsasən dünyanın top 100 bankının hamısını ölkəyə dəvət etmək, işlərinə şərait yaratmaq. Bunların toplam aktivləri 80 trilyon dollardan çoxdur. Əgər bu banklar aktivlərinin 0,1 faizini bu ölkədə yerləşdirsəydi 130 milyard manat əlavə investisiya mənbəyi yarana bilərdi və faizlər 1 faizin altına düşərdi. Amma nailiyyətlər heç yaxına da gəlmir. Bütün Azərbaycan banklarının ümumi aktivləri 19 milyard dolları ötmür, 100-lüyə düşmək üçün isə ən azı 300 milyard dollar aktivlərə sahib olmaq mümkündür. Azərbaycan kimi orta ölkələr içərisində İsveç, Norveç, Lüksemburq, Sinqapur və sair 100-lükdə yerləşən banklara sahibdir”.
Keçmiş nazir bildirib ki, bir ədəd Azərbaycan bankının olması ölkəyə ən azı 500 milyard manat əlavə kapitalın-investisiyanın yerləşdirilməsi demək olardı:
“Bankların əsas vəzifəsi kassa-hesablaşma əməliyyatları deyil. İnvestisiya mənbələrini toplayıb onları aktiv hala gətirməkdir. Yəni maliyyə aktivlərinə çevirmək, finansallaşdırmaqdır. Hər bir ölkədə investisiyaların 70-80 faizi kreditlər hesabına maliyyələşdirilir. Bu gün əsas fondlara yönəldilən investisiyaların həcmi 16 milyard manat təşkil edir. Kreditlərin həcmi isə cəmi 17 milyard manatdır. İnvestisiyaların əsas hissəsi büdcə və ya valyuta ehtiyatları hesabına maliyyələşdirilir. Əsas fondlara investisiyaların həcmi 2014-cü ildən davamlı azalır, hətta son rübdə 10% azalıb. Resurslar 100 milyardlarla ölçülür, amma istifadəsizdir, ya sandıqlarda, ya xarici ölkələrdə. Pul coğrafiyasında haqsızlıq, qeyri-bərabər bölgü, pul vəsaitlərinin aktivlərə çevrilə bilməməsi, ehtiyatlardan zəif istifadə - təqribən 10 faiz - bunların hamısı zəif maliyyə vasitəçilik sisteminin, bankların, sığortanın, pensiya fondlarının, investisiya fondlarının və s. zəif işinin nəticəsidir. Banklar və xüsusilə Mərkəz Bank düşünməlidir”.
-
Magazin106:16
"Bir az bəzənən kimi deyirlər "Kimisə var"" - VİDEO
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI