Ekopublika.az
ADY “Karat Holdinq”dən 100 min tələb edir
"Azərbaycan Dəmir Yolları" ölkənin tanınmış un istehsalçısı olan “Karat Holdinq”i məhkəməyə verib.
Publika.az">Publika.az xəbər verir ki, tərəflər arasında öhdəliklərlə bağlı problem yaranıb. Belə ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY “Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.
İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. “Karat” MTK, “Azİnvest” tikinti şirkəti, “Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, “Marina Plaza” oteli, “Premium” market məhz bu holdinqə daxildir.
Mediada yayılan məlumatlarda "Karat Holding"in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu İqdam Umudov rəhbərlik edir.
Xatırladaq ki, Azərbaycan Dəmir Yollarına 7 il rəhbərlik etmiş Cavid Qurbanov ötən ay vəzifəsindən azad edilib.
(Qafqazinfo)
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI
-
Nida Xəbər 14:18Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən pulları Fuad Qəhrəmanlı belə alıb - Video
-
Nida Xəbər 13:28DTX “Boz kardinal”ın şok səs yazısını yaydı - Video
-
Nida Xəbər 13:12Ramiz Mehdiyevin evindən görün nə qədər pul çıxdı - Video
-
Yaxın Şərq13:10ABŞ çox şey tələb edir, müharibə olacaq - Fidandan xəbərdarlıq
-
Magazin113:03Samirə efirdə bəd xəbər aldı: Təcili getdi - VİDEO









.jpg)






























