Ekopublika.az
Banklar istehlak kreditlərini hansı faizlərlə verir- rəqəmlər
Banklar istehlak kreditlərini hansı faizlərlə verir- rəqəmlər Xəbər verildiyi kimi ötən il banklar 15 milyard manatdan çox kredit veriblər.
Düzdür, kreditlərin böyük hissəsi biznes kreditlərinin payına düşüb. Lakin nədənsə daha çox istehlak kreditlərinin həcmi önə çəkilir. Əslində bu səbəbsiz deyil. Çünki son iki ildə bankların kredit sənədləşdirilməsi ilə bağlı şərtləri sadələşdirməsi əhalinin daha çox borc üçün müraciət etməsinə gətirib çıxarıb.
Hazırda maraq doğuran Mərkəzi Bankın arayışsız kreditlə bağlı qərarından sonra kommersiya banklarının faizləridir.
Xatırladaq ki, “Unibank”, “Bank of Baku” kredit nəhəngləri qərarın ardınca faizləri aşağı saldıqlarına dair reklam kampaniyalarına başladılar. Digər banklarda bu yöndə vəziyyət sual doğurur.
Publika.Az-ın kiçik sorğusuna görə, hazırda “Kapital Bank” da istehlak kreditlərinin maksimum məbləği 3000 AZN, müddəti 12 ay, illik faiz dərəcəsi 22 faiz, komisiyon 1 faizdir. “Azər-Türk Bank” istehlak kreditinin məbləği 50 min manat, 36 aylıq, illik 23 faizdir.
“Ata Bank” isə maksimum məbləğ 5000 manat olmaqla, illik 24 faiz, 2,5 faiz komisyonla kredit verir. “Beynəlxalq Bank” maksimum məbləğ 15 min manat olmaqla, illik 24 faizlə kredit təklif edir. AFB –da illik faiz dərəcəsi 30-dur.
”Xalq Bank” və “Bank VTB” 28 , “Turan Bank” 29, “Nikoil Bank” 30 , AG Bank 30 (8 faiz komisyon), “Amrahbank” 33 faizlə, “KredoAqro” 36, TBC Bank 36 faizlə istehlak krediti təklif edir. Bəzi banklar da var ümumiyyətlə istehlak kreditlərinin verilişini dayandırıblar.
Bu sıraya “Kredit House”,” KredoBank”, “Bank of Azerbaijan”, “Azərbaycan Kredit Bankı”, “Deka Bank” aiddir.
Leyla
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO
-
Hadisə14:34Azərbaycanda çay şirkətinin rəhbəri qəfil vəfat etdi




























.png)

.jpg)





