Ekopublika.az
Bu məktub başına bəla oldu - Məşhur iş adamı saxlanıldı
Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksal saxlanılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna şirkətdaxili yazışmalar səbəb olub.
Məlumata görə, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubu ünvanlanmasından narazı qalıb. O, Ergünün e-mail adresinə sərt cavab göndərib. Cem şirkətin 70 illik tarixində heç vaxt Ramazan ayını qeyd etmədiklərini xatırladıb.
Baş verənlər ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb. Onun barəsində "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" maddəsi ilə istintaq başlanılıb.
Köksalın vəzifəsindən istefa verdiyi bildirilir.
Qeyd edək ki, o, həmçinin "Togg" şirkətinin idarə heyətinin üzvüdür
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi















.webp)






















.png)