Türkiyədən Naxçıvana qaz ixracı: Ərdoğan mərasimdə iştirak edəcək
Bizi izləyin

Ekopublika.az

Türkiyədən Naxçıvana qaz ixracı: Ərdoğan mərasimdə iştirak edəcək

Türkiyədən Naxçıvana qaz ixracı: Ərdoğan mərasimdə iştirak edəcək

Türkiyə yaxın günlərdə Naxçıvana təbii qaz nəqlinə start verəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərinin tikintisi başa çatmaq üzrədir və boru xətti gələn həftə istismara veriləcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Azərbaycan və Türkiyənin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.

(Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm