Ekopublika.az
Qlobal ərzaq qiymətləri: hansı məhsullar bahalaşdı?
Fevral ayında qlobal ərzaq qiymətləri yanvarla müqayisədə 1,6 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə baş ofisi Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Məlumata görə, artım əsasən şəkər tozu, bitki yağları və süd məhsullarının qiymətlərindəki bahalaşma fonunda baş verib. Palma, soya və günəbaxan yağlarının qiymətləri 2 faiz bahalaşıb, illik müqayisədə isə artım 29,1 faiz olub.
Fevralda ərzaq qiymətləri indeksi yanvar ayına görə 1,6 faiz artaraq 127,1 bənd təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə isə qiymət artımı 8,2 faiz olub.
Buğda və qarğıdalı qiymətləri aylıq əsasda 0,7 faiz artıb, illik müqayisədə isə 1,1 faiz azalıb. Ay ərzində düyü qiymətləri 6,8 faiz azalıb.
FAO 2024-2025-ci illər üçün qlobal dənli bitki istehsalı proqnozunu 2 milyard 841,8 milyon tona, buğda istehsalı proqnozunu 792,2 milyon tona yüksəldib.
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"







































.png)