Hadisə
Xocalı sakini minaya düşdü
Bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", – məlumatda qeyd olunub.
-
Kriminal23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin122:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı
-
İdman22:05"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ
-
Səhiyyə21:24İnsultdan ölüm hallarının GİZLİ AMİLİ
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO


































