Ekopublika.az
Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirdi
Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.
Nazirlikdən Publika.az-a bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcəkdir.
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
-
Yaxın Şərq10:12İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb
-
Region10:00Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO
-
Magazin109:54Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Nida Xəbər 09:21Azərbaycan XİN Rusiyanı təbrik etdi
-
Dünya08:24Kralın böyük qızı vəfat etdi
-
Avropa07:47Ana yeni doğulmuş körpəni itlərə yedizdirdi
-
Magazin206:16Nəsrinin serialına görə kanal cəzalandırıldı - FOTO
-
Sosial05:45Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - VİDEO










.jpg)






.jpg)



















