Ekopublika.az
Bakıda torpaq sahələri daha da bahalaşacaq
Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.
Publika.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bu barədə məlumat verilib.
Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.
Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.
ABB-nin hesabatında 2025-ci ildə də torpaq bazarında bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir.
(Modern.az)
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar








.jpg)


.jpg)
























