Pul
Azərbaycana 33 trilyon dollar vəsaiti idarə edən investorlar gəlib
Azərbaycana 33 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib.
Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bura dünyanın hər yerindən 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəliblər: "Təbii ki, onlar Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər. Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq".
O qeyd edib ki, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb: "Eyni zamanda, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələr üçün müəyyən ilkin şərtlər də yaradılıb. Azərbaycanın üstünlüyü də məhz bundan ibarətdir ki, bizdə çoxlu və ucuz, gələcəkdə isə potensial olaraq yaşıl enerji var. Bu gün cənab Prezident də açıqlayıb ki, Azərbaycanda bərpa olunan elektrik enerjisi sahəsində enerji potensialı çox böyükdür".
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi






































