Ekopublika.az
Azərbaycan Rusiyadan bu məhsulun idxalında ilk üçlükdə - 8 ayda 800 min dollarlıq alış
Azərbaycan Rusiyadan hazır şorba və bulyon alan əsas ölkələr sırasına daxil olub.
Publika.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Rusiya xarici bazarlara 2,8 min tondan çox hazır şorba və bulyon ixrac edib. İxracın ümumi dəyəri 8 milyon dolları ötüb. Məlumat Rusiya Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” mərkəzinin hesablamalarına əsaslanır.
Rusiyadan bu məhsulların ən böyük alıcısı Qazaxıstan olub. Qazaxıstanın idxalının dəyəri 2,5 milyon dolları keçib. İkinci yerdə 2,2 milyon dollardan çox alışla Belarus, üçüncü yerdə isə 800 min dollardan artıq göstərici ilə Azərbaycan qərarlaşıb. İlk beşliyə həmçinin 700 min dollardan çox alışla Özbəkistan və təxminən 400 min dollarla Gürcüstan daxil olub.
Müqayisə üçün, 2025-ci ilin yekununda Rusiya təxminən 6 min ton hazır şorba və bulyon ixrac etmiş, həmin ixracın dəyəri 16 milyon dollara yaxın olmuşdu. 2026-cı ilin ilk səkkiz ayına dair göstəricilər isə Avrasiya İqtisadi İttifaqı ölkələrinin iyul və avqust ayları üzrə məlumatları nəzərə alınmadan hesablanıb.
Azərbaycan ümumilikdə də Rusiyanın ərzaq və kənd təsərrüfatı məhsullarının mühüm satış bazarlarından biridir. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevin 2026-cı ilin iyununda açıqladığı məlumata görə, Rusiyadan Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı orta hesabla ildə 800 milyon dollar təşkil edir.
Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumi mal idxalının dəyəri 1,57 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalıb. Rusiya Azərbaycanın ümumi idxalının 13,75 faizini təşkil edib. (Musavat.com)
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?








.jpg)


.jpg)

.jpg)









.jpg)














