NASA yeni kosmik sərhədin astanasında - İki gün sonra tarixi an yaşanacaq
Bizi izləyin

Dünya

NASA yeni kosmik sərhədin astanasında - İki gün sonra tarixi an yaşanacaq

NASA yeni kosmik sərhədin astanasında - İki gün sonra tarixi an yaşanacaq

NASA-nın “Voyager-1” ulduzlararası kosmik zondu orbitə buraxıldığı vaxtdan bəri Yerdən digər bütün kosmik aparatlardan daha uzaq məsafəyə gedib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, “Voyager-1” mühüm hadisənin astanasındadır: noyabrın 18-də zond Yerdən bir işıq günü məsafəsində yerləşən ilk kosmik aparat olacaq. Bu məsafə təxminən 26 milyard kilometrə bərabərdir.

“Voyager-1” 1977-ci il sentyabrın 5-də kosmosa buraxılıb, onun əkiz aparatı “Voyager-2” isə həmin il avqustun 20-də yola salınıb. Lakin birinci zond bir neçə ay sonra ikinci aparatı geridə qoyub. “Voyager-1” Yupiter, Saturn və onların peykləri haqqında çoxlu sayda yeni məlumatı Yerə ötürüb.

Bundan əlavə, o, heliosferin zərbə dalğasını keçən ilk kosmik aparat olub və 2012-ci ilin avqustunda heliosferin sərhədlərinə — Günəş sisteminin şərti sərhədlərindən birinə çatıb. “Voyager-2” isə orbitə buraxıldıqdan sonra Uran və Neptunu tədqiq etmək məqsədilə fərqli trayektoriya üzrə hərəkət edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm